NATO Rusiya sərhədləri yaxınlığına qoşun yığır
Sergey Şoyqu xüsusi bəyanatla çıxış edib.
NATO-nun Rusiya sərhədləri yaxınlığına qoşunları cəmləşdirməsi rəsmi Moskvanın ciddi narahatlığına səbəb olub. Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-nun Avropada, o cümlədən Rusiya sərhədi yaxınlığında hərbi potensialını artırması ilə əlaqədar Rusiyanın cavab tədbirləri həyata keçirəcəyini bəyan edib. /ans press/
Nazir Qərb hərbi dairəsində şəxsi heyətin gücləndiriləcəyini və qoşunlaırn müasir silah, texnika və avadanlıqla təchizatının davam etdiriləcəyini söyləyib.
O yaxın zamanda Qərb hərbi dairəsinə tabe olan hərbi hissələrə, təyyarə, tank, zirehli şəxsi heyət daşıyıcısı, helikopter, rabitə və idarəetmə vasitələri daxil olmaqla 1000 ədəddən çox müasir texnikanın göndəriləcəyini bildirib.
Müdafiə naziri eyni zamanda Rusiya silahlı qüvvələrinin hazırlıq səviyyəsindən və gözlənilən "Qafqaz 2016" təlimlərindən söz açıb.
"Şəxsi heyət hava, su və quruda keçirilən təlimlərdə yüksək hazırlıq səviyyəsi nümayiş etdirib. Hərbi texnikanın da yüksək istismar keyfiyyətlərinin şahidi olmuşuq. Ümumilikdə, yoxlamaların nəticələrinə görə, qoşunların cənub-qərb strateji istiqamətində baş verə biləcək istənilən böhran vəziyyətlərinə çevik reaksiya göstərməyə hazır olduğunu sübuta yetirdi. Hərbi kommandanlıq orqanları "Qafqaz 2016" strateji hərbi təlimlərinə hazırlıq zamanı əldə olunmuş təcrübədən yararlanmalıdır”, - Sergey Şoyqu bildirib.
Qərb sərhədlərinin gücləndirilməsi və ordunun maddi – texniki təchizatının maliyyə təfərrüatları açıqlanmasa da, neft qiymətinin ucuzlaşması və Qərb sanksiyalarından sonra iqtisadi resessiya fonunda, bunun Rusiyaya çox baha başa gələcəyi bildirilir.
Miq.az