Birləşmiş Ştatlar və NATO qüvvələri Əfqanıstanda 13 illik müharibənin sona çatmasını rəsmən bu gün qeyd etsə də, Taliban yaraqlıları Əfqanıstan hökumətinin qatı düşməni olaraq qalmağa davam edir.
Vətəninfo.az xəbər verir ki, ABŞ və Qərb müttəfiqlərinin hərbi alyansı Əfqanıstanda hərbi döyüşlərdə iştirakının sona çatmasını Kabildə koalisiya qüvvələrinin baş qərargahında keçirilən rəsmi mərasimdə qeyd edib. Lakin xarici ölkələrin hərbi qüvvələrinin Əfqanıstandan çıxmasından sonra təhlükəsiziliyin təmin edilməsi və hərbi əməliyyatların aparılmasında hökumət qüvvələrinə təlim vermək üçün ölkədə 13 min 500 nəfərdən ibarət əsgəri qüvvə saxlanacaq. Bunun 11 mini Amerika əsgərləridir.
Beynəlxalq Təhlükəsizliyə yardım Qüvvələrinin komandiri, ABŞ ordu generalı Con Kampell Birləşmiş Ştatlar və NATO-nun yeni missiyasının Əfqanıstana yardımın davam etdirilməsini nəzərdə tutduğunu deyib.
Əfqanıstan qüvvələrinin müntəzəm olaraq onlara qarşı hücumlar həyata keçirən Taliban yaraqlılarının qarşısını ala bilib-bilməyəcəyi hələlik aydın deyil.
Əfqranıstanda hərbi əməliyyatların ən qızğın çağı 50 ölkənin yaratdığı koalisiya qüvvələrinin sayı 140 mindən artıq olub. 2001-ci ildən bəri Əfqanıstanda hərbi əməliyyatlarda 3 min 500 əsgər həlak olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR