Naxçıvanda daha bir nazir işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Ali Məclis sədrinin müavini sərəncam imzalayıb.
Sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilib.