Bioloji yanacaqla işləyən ilk avtobus Britaniyada şəhərləarası xəttdə istismara verilib.
Vətəninfo.az BBC-yə istinadən xəbər verir ki, "Fekalobus" adı verilmiş avtobus Bristol şəhərilə Bath şəhəri arasında sərnişin daşımaları həyata keçirəcək.

Qeyd edək ki. avtobus ekoloji cəhətdən təmiz sayılan biometan qazı ilə işləyir. Bu qaz isə insan nəcisi və yemək tullantılarının emalı nəticəsində hasil olunur. 40 sərnişin yeri olan “Fekalobus” 1 balon biometan qazı ilə 300 km məsafəlik yolu qət edə bilir. Bu həcmdə qazın alınması üçün 5 adamdan 1 il ərzində toplanan nəcis kütləsi bəs edir.
Bristol-Bath marşrutu ilə sərnişin daşıyan "fekalobusları" Bath Bus Company şirkəti işlədəcək.
Hər il bu marşrutdan 10 min sərnişin istifadə edir.
BBC-nin verdiyi xəbərə görə, biometan qazı Avonmouth ərazisində yerləşən "Wessex Water" şirkətinin törəmə qurumuna məxsus sutəmizləyici qurğularda istehsal olunur.
Nəcis və tullantılardan qazın hasil edilməsi üçün anaerob bakteriyalar vasitəsilə "biokütlə metan fermentasiyası" prosesindən keçirilir. Həmin proses zamanı nəcis və yemək tullantılarından əmələ gələn metan emal olunur və təmizlənir. Avonmouth mərkəzində hər il təxminən 75 milyon kubmetr nəcis və 35 min ton ərzaq tullantısı emal olunur. Bu tullantı kütləsindən ətraf ərazilərdə yerləşən 8 300 evi qazla təmin etməyə imkan verən 17 milyon kub metr biometan qazı hasil olunur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR