Fevralın 28-də öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun böyük qızı Janna Nemtsova Rusiyanı tərk edib.
Vətəninfo.az Azvision.az-a istinadən məlumat verir ki, Nemtsovun qızı “The Times” qəzetinə müsahibəsində bildirib ki, o, ona qarşı hədələrdən sonra ölkədən getmək barədə qərar qəbul edib.
“Normal yaşamaq istəyirsinizsə, siyasətə qarışmayın! Sizin atanız biz 139 milyonun ona nifrət etməsi üçün əlindən gələni edib”, - deyə Nemtsovun qızı sosial şəbəkələr vasitəsilə ona göndərilən hədələrdən birini oxuyarkən qeyd edib.
Nemtsova atasının öldürülməsinə görə siyasi məsuliyyətin Kremlin daşıdığını da bildirib.
Netmtsovanın işlədiyi “RBK” telekanalı bəyanat verib ki, onlar jurnalistin vətənə qayıdıb-qayıtmayacağını bilmirlər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL