Deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.
Modern.az-ın məlumatına görə, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edilib.
"Vaxtında biz bu Palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar bizim əleyhimizə çıxış etdilər. Ancaq biz haqlı idik. Bu Palata iki ildir ki fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahim müəllimlə danışıram”-deyə Vahid Əhmədov bildirib.
Deputat söyləyib ki, yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilirlər.
"Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi, çaxır buraxır. Üstünə adını yazdırır. 65 min manat maaşı da özün alır (Rüfət Aslanlını nəzərdə tutur-red). Bu harda görülüb ki? Normal adam olsaydı, normal işləyərdi”.
Miq.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
