Novruz Məmmədov işdən NİYƏ ÇIXARILDI?-Polkovnikdən SENSASİON AÇIQLAMA

Novruz Məmmədov işdən NİYƏ ÇIXARILDI?-Polkovnikdən SENSASİON AÇIQLAMA

Ölkənin baş naziri  Novruz Məmmədovun işdən çıxarılması ilə bağlı fərqli açıqlamalar var. Bu gün baş nazirin işdən azad olması ilə bağlı tanınmış hərbi ekspert, istefada olan polkovnik -leytenant Üzeyir Cəfərov da sensasion açıqlama verib. Açıqlamanın maraqlı olduğunu nəzərə alıb, oxucuların diqqətinə çatdırırıq. Beləliklə, hərbi ekspertin yazdığı maraqlı açıqlmanı siz də oxuyun: 

Əziz dostlar! Hörmətli həmkarlar!

Tanıyanlar və bilənlər yaxşı bilirlər ki, heç vaxt yıxılana balta vurmamışam və bunu etik qaydalara zidd sayıram. Bacarırsansa, duxun çatırsa, vəzifədə olan məmura onun nöqsan və çatışmazlıqlarını üzünə denən və ya tənqid elə. Necə ki, zabit kimi Müdafiə Nazirliyində xidmətdə olanda nazirlər Məmmədrəfi Məmmədov, Səfər Əbiyev və digər yüksək rütbəli şəxslərlə bağlı öz iştrakları ilə keçirilən mühüm tədbirlərdə açıq şəkildə Prezident, Ali Baş Komandanın qarşısında necə var elə də təqdim eləmişəm. Bunu mənimlə o vaxtlar xidmət keçmiş on minlərlə zabit və ya əsgər yaxşı xatırlayır.

Bu gün də mən məcburiyyət qarşısında qalıb artıq eks Baş nazirimiz Novruz Məmmədovla bağlı bir mühüm məsələni ictimailəşdirmək istəyirəm.
Onun qısa müddət ərzində vəzifədən uzaqlaşdırılmasının ən böyük səbəblərindən birini indi yazıram və başımla cavabdehlik daşıyıram. Zamanı və vaxtı gələndə özünüz də oxuyub buna inanacaqsınız.

NOVRUZ MƏMMƏDOVU Ali Baş Komandan Silahlı Qüvvələrə qarşı İMZA ATDIĞI bir sənədə görə vəzifəsidən dərhal KƏNARLAŞDIRIB.

Novruz Məmmədov və bir neçə nazir və güc strukturlarının rəhbərləri, kimlər ki, VƏZİFƏDƏN uzaqlaşdırılacaqlar, onlarla prezidentin imzaladığı maaş artımı ilə bağlı sənədə özlərinin "özfəaliyyəti" nəticəsində müdaxilə etmişlər. Və bu söhbət ölkənin rəhbər şəxslərindən biri vasitəsiylə Prezidentə məruzə olunub. Və Novruz Məmmədovdan izahat istənilib. O da vəziyyətdən çıxmaq üçün min bir bəhanə və dəlil gətirməyə çalışıb. Ancaq, Novruz Məmmədovun imzaladığı 25/15 Qərarı Silahlı Qüvvələrin şəxsi heyətini bilərəkdən ya bilməyərəkdən Ali Baş Komandandan və dövlətdən narazı salmaq kimi qiymətləndirilib və o vəzifəsindən KƏNARLAŞDIRILIB.

Və hesab edirəm ki, ölkə başçısı onu təkcə vəzifədən deyil, eyni zamanda 1 il 6 ay ərzində müharibə vəziyyətində olan ölkənin Baş naziri kimi bircə dəfə də olsun HƏR HANSI hərbi hissəyə və ya birləşməyə baş çəkmədiyinə görə də ciddi cəzalandırmalıdır. Bu adam, sanki hansı vəzifənin sahibi olduğunu unutmuşdu. İtdən-qurddan, giləmeyvədən, ermənilərin dostu Şirakdan belə vaxt tapıb onlara "baş vururdu və vurduğu baş da bir neçə dəfə" "qəzaya uğradı".

Dilim qabar oldu ki, ay Novruz Məmmədov müəllim, cənab tovariş, Silahlı Qüvvələrə diqqət və vaxt ayırın. Məsələn ərzaq pulu KİMLƏRLƏSə tərəfindən artıq 6 ildir ki MƏNİMSƏNİLİR. Əsgərə 128 manat, zabitə isə 64 manat ərzaq pulu verlilir. Axı, "Hərbi Qulluqçuların Statusu Haqqında" Qanunun 10-cu maddəsinin 5-ci bəndini heç kimin pozmağa ixtiyarı yoxdur. Və bildiyim qədər hörmətli Samir Şərifov maliyyə naziri kimi hər ay dövlət büdcəsindən məhz bütün hərbi qulluqçulara ərzaq üçün pul kimi 128 manat maliyyə ayırır. Ancaq və lakin o pul bəzi vicdansız və baz (yanlarında mamlı-matan saxlıyan) general və rəhbər şəxslər tərəfindən "BUXARLANDIRILIR". Buna Baş prokuror da, Hərbi prokuror da nədənsə göz yumurlar. NİYƏ?!!

Ona görə də, Novruz Məmmədovu yaxşı elədilər "pensioner"lər siyahısına yazdılar. Qoy indi də, o daha bir özbaşına, özündənrazı Sahil Babayev adlı nazirin hansı hoqqalar çıxartdığının canlı şahidi olsun.

Tanrı Azərbaycanımızı təsadüfi məmurlardan qorusun!

Allah Silahlı Qüvvələrimizin halal haqqını yeyən şəxslərə ağıl versin və onları da tezliklə haqq yoluna döndərsin!!
P.S. Yeni Baş nazir Əli Əsədovun da oxuması çox yaxşı olardı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az