Obama Ağ evdən gedəndən sonra nə ilə məşğul olacaq?

 Obama Ağ evdən gedəndən sonra nə ilə məşğul olacaq?

KİV öyrəndi: Ağ evdən gedəndən sonra Obama  nə ilə məşğul olacaq

Xəbər verilir ki, O, Silikon vadisində yaxudda kosmik inkişafda özünə məşğuliyyət tapa bilər.

Amerikanın hazırkı prezidenti Barak Obama səlahiyyətləri başa çatandan sonra ( 20 yanvar 2017-ci il) Silikon vadisində özünə məşğuliyyət tapa bilər.

Miq.az The New York Times qəzetinə istinadən xəbər verir ki,  ötən illərdə Obamanın əməkdaşları on dəfəyə qədər Kaliforniyadakı yüksək texnologiyaların inkişafı mərkəzinə baş çəkiblər- ola bilər ki, amerikalı liderin bundan sonrakı gələcəyini müəyyən etməkdə bunun  köməyi olacaq.

AOL kompaniyasının yaradıcısı Stiv Keys deyib- "Əgər Obama dövlət başçısı postundan gedəndən sonra yüksək texnologiyalar sahəsində əllaməlik eləsə, mən təəccüblənmərəm”.

KİV-in məlumatına görə Uber, Amazon, GoFundMe və Apple kimi böyük kompaniyalarda Obamanın adamları işləyir. ABŞ prezidentinin  elm və texnologiyalar siyasəti sahəsinndə məsələlər üzrə keçmiş köməkçisi Fil Larson da  bu barədə Obamanı "texnologiyalarla maraqlanan prezident” kimi xarakterizə edib.

Habelə jurnalistlər prezidentin kosmik inkişafla bağlı marağını xatırladıblar- Onun gələcək karyerasındakı daha bir istiqamət bununla bağlı ola bilər.  
Qeyd edək ki, Silikon vadisi  Kaliforniyadakı San Fransisko vadisinin bir parçası olan San Jose vadisinə verilən addır. Bu ad yüksək texnologiyalarla bağlı sektoru ifadə edir. Çünki bir çox  bu tip firmanın mərkəzi ve ya yarandığı yer bura olub. Bunlara misal  olaraq; Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo! – nu  göstərmək olar.

Musa Muradlı

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az