Barak Obamanın nənəsi Keniyada, prezidentin atasının doğulduğu Kogelo şəhərində məktəb və xəstəxana inşa etmək üçün 12 milyon pul toplayır.
Vətəninfo.az xəbər verir ki, bu məqsədlə Birləşmiş Ştatlar prezidentinin 94 yaşlı nənəsi Keniyadan ABŞ-a səfər edib. Əsas məqsədlərindən biri təhsilin inkişafı olan Sara Obama Nyu-York məktəblərindən birini ziyarət edib.
Yardım fondu ilə bağlı hazırlanan filmdə prezident Barak Obamanın ögey nənəsi Sara Obamanın Keniyadakı dul qadınlara və yetim uşaqlara uzun illərdir yardım etdiyi deyilir.
BMT-də etdiyi çıxışı zamanı Sara Obama yeniyetmə qız olarkən heç vaxt oxuya bilmədiyini deyib. Sara Obama heç vaxt məktəbə getməsə də, təhsilə böyük qiymət verdiyini bildirib.
“Ona görə də mən bütün övladlarıma təhsil vermişəm, hətta Barak Obamanın atasına da. Düşünmüşəm ki, əgər onlar təhsil alsalar, onlar müstəqil ola bilər və özləri özlərinə yardım edə bilər. Ona görə də təkcə mənimkilər deyil, hər bir uşaq təhsil almalıdır” -Sara Obama əlavə edib.
Kenyanın Kogelo şəhərində məktəb, yataqxana və xəstəxana inşa etməyi planlaşdıranMama Sara Obamaya BMT-nin “Səhibkar Qasdınlar Günü”ndə mükafat təqdim olunub.
"Mama Sara" Yardım Fondunun dediyinə görə, artıq ilk məktəb binasının inşası üçün 250 min dollar toplanıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR