XİN başçısı Şahbaz və Dilqəmin Azərbaycana qaytarılacağından əmindir
Xarici işlər naziri Elmar Məmmədyarov ermənilərin girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əskərovun gec ya tez Azərbaycana qaytarılacağından əmindir.
Vətəninfo.az-ın məlumatına görə, nazir Azərbaycanda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında belə deyib.
“Ermənistan iki azərbaycanlı girovu saxlaya bilməz, əminəm ki, gec ya tez onları Azərbaycana qaytaracaqlar” - deyə bildirib.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev iyul ayında yaxınlarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın erməni işğalı altında olan Kəlbəcər rayonuna səfər ediblər. Ermənilər onlarla birgə olan Həsən Həsənovu qətlə yetirmiş, Dilqəm və Şahbazı isə girov götürmüşdülər.
Separatçı Qarabağ rejimində azərbaycanlılar üzərində qondarma məhkəmə qurulub. Oyuncaq məhkəmə Dilqəm Əsgərov barəsində ömürlük, Şahbaz Quliyev barəsində isə 22 il həbs qərarı çıxarıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR