“Mərkəzi Bank fevralın 21-dəki qərarı ilə əhalini aldadıb. Bu qərarla əhaliyə külli miqdarda zərər dəyib”.
Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib.
O bildirib ki, ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər: “Ancaq necə olur ki, 34 faiz bahalaşma olur? Niyə əhalinin cibinə girirlər? Əhalinin banklarda olan 3 milyard manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34 faizlik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir”.
İqbal Ağazadə deyib ki, böhran əleyhinə görülən tədbirlər də ciddi nəticə vermir.
Milli Məclisin sədri Oqtay Əsədov əhalinin banklarda olan 3 milyard manatlıq əmanətlərinə ziyan dəyməsi iddiası ilə razılaşmadığını deyib: “Dünyada gedən proseslərə baxın! Biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın valyuta ehtiyatları var. Biz bu ehtiyatların hamısını məzənnəyə görə itirə bilmərik. Mən razıyam, bəzi mağazalarda qiymətlər artıb. Ancaq bu məhsulların 70 faizi ölkə daxilində istehsal olunur. Nəyə görə, yerli istehsalda qiymət artımı olmalıdır?”.
Deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksasiya edilməsi fikri düzgün deyil: “Belə yozmaq olmaz. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR