Nadejda Savçenkonun azad edilməsi barədə razılıq əldə olunub
Minskdə keçirilən 16 saatlıq danışıqlar nəticəsində Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkonun azad edilməsi barədə razılıq əldə olunub. ANS PRESS-in məlumatına görə, bunu Ukrayna prezidenti Petro Poroşenko açıqlayıb.
Onun azad edilməsinin detalları hələ bilinmir.
Vəkil Nikolay Polozov da qeyd edib ki, Savçenkonun azad edilməsinin bir necə yolu var. "Mən bu razılığın əldə edilməsindən çox şadam. Biz onunla bu gün, ən uzağı sabah görüşəcəyik və bu məsələ müzakirə ediləcək. O amnistiya, dəyişdirmə yolu ilə buraxıla bilər. Bundan başqa deyə bilərlər ki, səhv edilib və cinayəti başqa şəxs edib".
Xatırladaq ki, “Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində görüşü baş tutub. 16 saat davam edən görüşdə Donbass probleminin həlli üzrə danışıqlar aparılıb.
Görüşdən sonra Rusiya prezidenti Vladimir Putin atəşkəs haqqında razılıq əldə edildiyini açıqlamışdı.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR