Prezidentin qızını gecə öldürüb basdırdılar - VİDEO

Prezidentin qızını gecə öldürüb basdırdılar - VİDEO
Özbəkistan mediasında mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü xəbərləri gündəmə gəlib.

Miq.az Publika.az-a istinadən  xəbər verir ki, "Mərkəz 1” saytı bu barədə Özbəkistanın Təhlükəsizlik Xidmətindəki anonim mənbəyə istinadən məlumat yayıb.

Mənbənin dediyinə görə, Kərimova noyabrın 5-də zəhərlənib və Daşkənddə "Minor” qəbiristanlığında dəfn olunub.

Sayt iddia edir ki, jurnalistə telefonla müsahibə verən təhlükəsizlik xidmətindəki mənbə şəxsən dəfndə iştirak edib.

Qeyd edək ki, indiyə qədər də İ.Kərimovanın öldürüldüyü xəbəri bir neçə dəfə gündəmə gəlib. Lakin təsdiqini tapmayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az