Üçlü formatda görüşün təşkil olunması üçün danışıqlar aparılır
“Bu səfər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ilk rəsmi səfəridir. Artıq prezident Mövlud Çavuşoğlunu qəbul edib. Biz təkbətək və geniştərkibdə görüşlər keçirmişik”.
Vətəninfo.az məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu görüşlərdə çox geniş müzakirələr aparılıb. Nazir qeyd edib ki, həmsədrlərin regiona səfəri, Dağlı Qarabağla və regionda təhlükəsizlik barədə Mövlud Çavuşoğluna məlumat verib: “Azərbaycan, İran və Türkiyə arasında XİN rəhbərləri səviyyəsində görüş planlaşdırılır. Həmçinin, Azərbaycan Gürcüstan və Türkiyə XİN rəhbərləri yenidən görüşəcək. Bu ay ərzində baş tutacaq görüşdə Bakı-Tiblisi-Qars dəmir yolu xətti müzakirə olunacaq".
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə Azərbaycana xarici işlər naziri kimi ilk rəsmi səfərindən danışıb. O qeyd edib ki, hər gəldiyində Azərbaycanın inkişaf etdiyini müşahidə edir və bu, onu sevindirir: “Bizim tarixi əlaqələrimizi anlatmağa ehtiyac yoxdur. “Azərbaycanın sevinci bizim sevincimizdir” və "Bir millət iki dövlət" sözləri iki ölkə arasında münasibətləri göz önünə sərir”, - deyə M.Çavuşoğlu söyləyib.
Türkiyəli rəsmi həmçinin qeyd edib ki, XİN rəhbərləri Azərbaycan, Türkiyə və Qazaxıstan prezidentlərinin görüşünü təşkil etmək üçün çalışır. Onun sözlərinə görə, bu üçlü formatda görüşün təşkil olunması üçün danışıqlar aparılır.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?