Türkiyədə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan dövlət başçısını Türkiyə Yol İdarəsinin Qarsdakı şöbəsində qarşılayıb.
İlham Əliyevin kortejinin keçdiyi yolda monitora Azərbaycan dilində "Hörmətli prezident ölkəmizə xoş gəlmisiniz" yazısı qeyd olunub. Bu xoş sürpriz jurnalistlərin də diqqətindən qaçmayıb.
Qeyd edək ki, İlham Əliyev TANAP-ın təməl atma mərasimi üçün Qarsa səfər edib. Bu gün Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin təməli qoyulacaq. Qars şəhərində TANAP-ın təməlqoyma mərasiminə son hazırlıq işləri görülüb.
Mərasimdə hər iki ölkənin - Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. İştirak edəcək bəzi dövlət rəsmiləri isə artıq Qars şəhərinə gəlib.
Qars valisi və bələdiyyəsindən bildirilib ki, həm Azərbaycan prezidenti, həm də Türkiyə prezidenti sabah ilk öncə peşə məktəbinin açılışında iştirak edəcəklər. Daha sonra prezidentlər təməlqoyma mərasiminə qatılacaq. Mərasim mətbuat konfransı ilə yekunlaşacaq.
Böyük bayrama mərasimə hazırlaşan Qars şəhəri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.





Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR