Putindən 3-cü dünya müharibəsi ilə bağlı siqnal
Rusiya prezidenti Vladimir Putin ABŞ-la bağlı şok iddia ilə çıxış edib.
Putin ABŞ-ın Suriyanın paytaxtı Dəməşq şəhərini vuracağı ilə bağlı siqnal aldıqlarını deyib.
"Etibarlı mənbələrdən aldığımız məlumata görə, Suriyanın digər bölgələrində, o cümlədən Dəməşqdə kimyəvi hücum təxribatı planlaşdırılır. ABŞ-ın Dəməşqin cənubunu vuracağı ilə bağlı siqnal aldıq".
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya lideri Suriya barədə açıqlamanı İtaliya prezidenti Serdjo Mattarelloi ilə görüşdən sonra keçirdiyi mətbuat konfansında verib.
ABŞ dövlət katibi Reks Tillerson isə bəyanatında Əsəd ailəsinin hakimiyyətinin sona çatdığını deyib. O bildirib ki, hələlik bu sonun necə olacağı məsələsi açıq qalır: "Keçid dövrü Suriya üçün vacib olacaq”.
Qeyd edək ki, R. Tillerson Rusiyanı seçim etməyə çağırıb. O bildirib ki, Rusiya ya ABŞ və müasir dünyanın tərəfində olmalıdır, ya da Əsəd, İran və "Hizbullah”ın yanında.
Hər iki bəyanat Rusiya və ABŞ arasında münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə işarədir.
Miq.Az