Rüfət Əhmədzadə
Bayquş gecələrimin nigaranlığı sənsən,
Qarışqa gündüzümün çatışmazlığı sənsən,
Bu darısqal dünyanı
geniş edə bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla...
Bütün şeirlerimin mənasın dəyişərsən.
Mən çoxdandır maddiliyə düşmən kəsilmişəm...
Ruhən mənimsən, qadın!
Mənsə əsirinmişəm.
Acı verən sevginin şirinliyidi busən.
Şirin sayılan canın
mətinliyidi busən.
Sinəmdəki yetimin
tək sevincidi busən.
Bu çırpınan ürəyi rahatlaya bilərsən.
Bir nəfəsinlə əlbət,
bircə toxunuşunla...
Bütün "sən" və "mən"ləri
"biz" deyə dəyişərsən.
Mən çoxdandır adiliyə düşmən kəsilmişəm
Sən xəyalımsan, qadın,
Mənsə yesirinmişəm.
Son sözlərin hələ də qulağımda səslənər.
Sənsizliklə yorduğun
ruhum çətin dinlənər.
Bu çeynənmiş mövzuya
Hikmət qata bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla...
Hər daxmanı saray edə bilərsən...
Mən çoxdandır asiliyə düşmən kəsilmişəm.
Sən fədaimsən, qadın!
Mənsə nəzirinmişəm!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR