Qarabağ səfərdə növbəti qələbəni qazandı

 Qarabağ səfərdə növbəti qələbəni qazandı

Azərbaycanın "Qarabağ” klubu noyabrın 4-də səfərdə Yunanıstanın PAOK- komandası ilə qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

Qapılara tərəf vurulan zərbələrin sayına görə ev sahibləri irəlidə olsalar da, 69-cu dəqiqədə Mrcos Maderanın zərbəsi dəqiqi olub.

Avropa Liqası qrup mərhələsi çərçivəsində Bakıda keçirilən ilk oyunda "Qarabağ” rəqibi PAOK-u 2:0 hesabı ilə məğlub edib.

"Qarabağ” qalib gəlməklə J qrupunda mövqeyini yaxşılaşdırıb və hazırda ikinci yerdədir.

​Qrupun digər oyununda isə "Fiorentina” "Slovan”ı öz meydançasında 3:0 hesabı ilə məğlub edib.

Azərbaycanın "Qəbələ" klubu isə Avropa Liqası qrup mərhələsinin IV turunda Bakıda Fransanın "Sent-Etyen”komandasına uduzub. Fransada keçirilən ilk oyunda "Qəbələ” rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Qəbələ” bunadək keçirdiyi hər üç oyunda məğlub olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az