“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 22-26-da keçiriləcək yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirələr keçiriləcək”.
Vətəninfo.az Modern.az-a istinadən xəbər veriri ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib. O, müzakirələrdə fərqli yanaşmaların olacağını da vurğulayıb:
“Azərbaycandakı real vəziyyəti bilən həmkarlamız kifayət qədər çoxdur və onlar da mövzu ilə bağlı çıxış edəcəklər. Azərbaycandakı həqiqi vəziyyət ortaya qoyulacaq”.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən də çıxışlar olacaq və bütün məsələlər işıqlandırılacaq:
“Azərbaycanda demokratik proseslərin, ümumiyyətlə, vətəndaş cəmiyyətinin inkişafı və gedən proseslərlə bağlı məlumat veriləcək. Nümayəndə heyəti real vəziyyəti avropalı həmkarlarımıza çatdıracaq”.
Qeyd edək ki, müzakirə zamanı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Azərbaycana dair məruzə təqdim edəcəklər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL