Bildiyiniz kimi, AFFA prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə "Kəpəz"ə yeni sponsor tapılmışdı və ictimaiyyətə də açıqlandığı kimi, kluba bundan sonra "Azərinşaatservis" MMC sponsorluq edəcəkdi.
Vətəninfo.az xəbər verir ki,Sportarena.az rekord.az –a istinadla xəbər verir ki, amma öncə sponsorluğu boynuna götürən şirkət indi yaxasını kənara çəkir.
Konkret olaraq, bu günə qədər bu şirkət komandanın büdcəsinə 1 qəpik də olsun pul ödəməyib. Hər şeyin bu həddə çatması Rövnəq Abdullayevi də çətin vəziyyətdə qoyub. Belə ki, öz tapdığı sponsorun ona arxa çevirməsi fonunda kluba maliyyəni Abdullayev özü ayırmağa məcbur olub. Düzdür, Gəncə şəhər rəhbərliyi də müəyyən köməklik edir. Ancaq yükün çox hissəsi, xüsusən də futbolçuların maaşı AFFA-nın boynunda qalıb.
Qeyd edək ki, razılaşmaya görə, Gəncə stadionunu da təmir etməli olan "Azərinşaatservis" MMC -in ayağı bu günə qədər stadionun həndəvərinə də dəyməyib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR