“Azərbaycan Qafqaz regionunda Rusiyanın ən vacib iqtisadi-ticarət və siyasi tərəfdaşıdır”.
APA-nın məlumata görə, bunu Rusiya Federal Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib.
O qeyd edib ki, Cənubi Qafqaz respublikaları hərəsi ayrı-ayrılıqda Rusiya üçün vacibdir. “Rusiya regionda sülh və sabitliyin olmasında maraqlıdır”, - deyə o vurğulayb.
K. Kosaçov Azərbaycan rəhbərliyinə rus dilinə və ölkədə yaşayan ruslara olan münasibətinə görə təşəkkür edib. Rusiya ilə Azərbaycan arasındakı humanitar əməkdaşlığın dövlət səviyyəsində böyük layihələri nəzərdə tutduğunu deyən rusiyalı parlamentari iki ölkə arasındakı tərəfdaşlığın vacib istiqamətlərdən biri kimi energetika sahəsini önə çəkib.
Regional tematikaya toxunan K. Kosaçov Azərbaycanı Rusiyanın ən vacib tərəfdaşı, Ermənistanı isə ən yaxın tərəfdaşı adlandırıb.
Rusiyalı parlamentari qeyd edib ki, ölkəsi Azərbaycan, Ermənistan və Gürcüstanın qonşusu kimi regionda mövcud olan münaqişələrin güc yolu deyil, siyasi anlaşmalar vasitəsi ilə həllinə tərəfdardır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR