Müğənni Natavan Həbibi həmkarı, xalq artisti Faiq Ağayevə dəstək olub.
Axşam.az-ın məlumatına görə, sənətçi “Space” telekanalında yayımlanan “Sehirli pərdə” verilişində son vaxtlar gündəmdən düşməyən Faiq-Flora-Tolik qalmaqalından danışıb.
Xalq artistinin ünvanına təriflər yağdıran Natavan ona dəstək olduğunu deyib:
“Faiq Ağayev neçə illərdir səhnədədir. Kənardan izləmişik ki, o, hansı çətinliklərə, maneələrə, düşmənçiliklərə sinə gərərk bu sənətdə ayaq üstə durub. O, tək başına, heç kimin kölgəsində gizlənmədən ayaqda qalmağı bacarıb. Faiq Ağayev sənətdə olan hər bir şəxsə nümunə olacaq bir sənətkardır. O, əsl şəxsiyyətdir. Sənətə gəldiyi gündən nömrə birdir, hələ də bu cür irəli gedir. Sənətçiyə lazım olan tək amil işini bilmək və insan olmaqdır. Bu xüsusiyyətlər də xalq artistində cəmlənib. Faiq bəyin ətrafında qara piar, heç kimə maraqlı olmayan söz-söhbətlər yaradırlar. Bu insanlara ayıb olsun. Gedib özlərinə baxsalar, görərlər ki, qüsurları nə qədərdir. Kiminsə bağında nəsə axtarmayın, görün öz bağınızda nələr var. Mən hər zaman Faiq Ağayevin yanındayam, onu dəstəkləyirəm”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?