Ermənistan Qarabağı müstəqil dövlət kimi tanısa, danışıqlar prosesindən çıxmalı olacaq, bu isə İrəvan üçün arzu olunmaz nəticələr verə bilər.
ANS PRESS-in məlumatına görə, bu fikir rusiyalı jurnalist Vladimir Poznerin bu barədə verdiyi sualı cavablandıran Ermənistan prezidenti Serj Sarkisyanın sözlərindən qaynaqlanıb. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə ona görə qatılır ki, bu, müharibənin başlanması ehtimalını sıfra endirir.
Serj Sarkisyanın bu sözləri Ermənistan mətbuatında ciddi reaksiya doğurub. “Bu yetərincə maraqlı yanaşmadır. Belə çıxır ki, danışıqlar yalnız Azərbaycanın başını qatmaq üçün aparılır ki, onun müharibəyə başlamasına imkan verilməsin. Danışıqlar nədən gedir və s. bu baxımdan maraqlı deyil, əsas odur ki, danışıqlar sonsuza qədər davam etsin. Minsk qrupu da danışıqları gündəmdə saxlayır ki, Azərbaycan müharibəyə başlamasın”,- deyə erməni jurnalist Naira Hayrumyan vurğulayır.
Hazırda Azərbaycanın başının Avropa oyunlarına qarışdığını bildirən jurnalist tədbirin iyunda başa çatacağını vurğulayaraq məntiqi sual verir: İyundan sonra Ermənistanı Azərbaycanın əlindən kim qurtaracaq?
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR