“Bu çadırın içində qiyaməti təhlükəsiz keçirəcəyinizə dair qaranti verilir”
Dünyada 21 dekabr barədə şaiyələrin çoxalması ilə hər gün bu işdən qazanc əldə edən fırıldaqçılar meydana çıxmağa başlayıb. Məlumata görə, Türkiyədə Sertac Ünal adlı şəxs “Anti qiyamət” çadıra sahib olduğunu iddia edərək bu məhsulu internetdən hərraca çıxarıb. Bu çadırda qiyamətin təhlükəsiz bir şəkildə keçiriləcəyinə təminat verən Ünal çadırı hərraca çıxardığı internet səhifəsində bu barədə mübaliğəli məlumatlar verib.
“Bu çadır illər əvvəl Şirincədə hazırlanıb, dindarlar tərəfindən dua oxunub və mühafizə edilib. Sadəcə bir ədəd qalmış bu məhsulu satıram. İçində minlərlə dəfə xətim (Quranı başdan sona qədər) oxunan və mayaların torpaqları ilə müqəddəsləşdirilmiş bu çadırın içində qiyaməti təhlükəsiz keçirəcəyinizə dair qaranti verilir. Siz sevdiklərinizlə uzun illər yaşamaq istəyirsinizsə ehtiyacınız olan yeganə şey bu çadırdır. Bu çadırı hazırlayan alimlər ona “Babı Cadür” adını verib. Çadıra dəstəmazsız girilsə qarantisi itər və heç bir məsuliyyət qəbul edilməz.
Çadırın digər xüsusiyyətləri:
4 nəfərlik və 1 mərtəbəlidir.
Bir qat tenti var və üstündə əlavə mühafizə üçün ikinci tenti var.
Girişində milçəklərə qarşı tor var.
O dövrün ən yaxşı parçasından istehsal edilib.
Çantası var.
Çadır, ən yuxarı təklifi verən şəxsə satılacaq”. anspress.com
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR