Qurani-Kərimin tatar dilində ilk təfsiri Rusiya İslam Universitetinin kafedra müdiri dr.Rəzadə Seyfullina tərəfindən nəşrə hazırlanıb. Vətəninfo.az-ın azerimuslim.com saytına istinadən verdiyi məlumata görə, xəbərlərdə təfsirin ərəb dünyası və müsəlman alimlərin əlyazması əsərlərini tədqiq edən mütəxəssis Ənəs Xalidov tərəfindən hələ 2001-ci ildə hazırladığı, lakin tədqiqatçının vəfatından dolayı yarımçıq qalan əsərin dr.Seyfullina tərəfindən tamamlanaraq, işıq üzü görəcəyi bildirilib. Seyfullina Ənəs Xalidovun görkəmli elm xadimi olduğunu vurğulayaraq, həyatının son dövrlərində başladığı təfsir işini tamamlaya bilməməsindən kədərləndiyini deyib. Qeyd edək ki, Quranın Xalidov tərəfindən ilk təfsiri Tatarıstan Din İşləri Komitəsi və Rusiya İslam Universiteti heyəti tərəfindən təsdiqlənib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR