Vətəninfo.az xəbər verir ki, İspaniyanın kral klubu “Real” Madrid dünən Çempionlar Liqası yarımfinal mərhələsində “Bavariya”nı 4-0 hesabı ilə darmadağın edərək finala adlayıb.
"Real" 12 illik həsrətinə son qoyub. Klub sonuncu dəfə Çempionlar Liqasında 2001-2002-ci il mövsümündə final oynayıb və Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb. Kral kubokunun finaldakı rəqibi bu gün keçiriləcək “Çelsi”- “Atletiko”Madrid görüşündən sonra bəlli olacaq.
2002-ci ildə mayın 15-də Qlazqonun “Hempdon Park” stadionunda alman təmsilçi “Bayer Leverkuzen”i finalda 2-1 hesabı ilə məğlub edən “Real” tarixi ərzində 9-cu dəfə bu mötəbər turnirin kubokuna sahib olub. Zinəddin Zidanın “ensklopedik” qolu madridlilərə böyük sevinc bəxş etmişdi. Həmin zəfərin üzərindən 12 il ötür və eyni uğuru təkrarlamaq üçün “Real”ın qarşısında cəmi bir matç qalır.
Dünənki görüş isə futbol tarixinə Ronaldonun adını qızıl hərflərlə yazdı. Onun “Bavariya”ya qarşı dublu, ümumilikdə isə bu mövsüm vurduğu 16 qol yeni bir rekordun əsasını qoydu.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR