Azərbaycanda iki partiya birləşə bilər. Etibarlı mənbələrdən “Vətəninfo.az”a verilən məlumata görə, Açıq Cəmiyyət Partiyası (ACP) və Azərbaycan Demokrat Partiyası (ADP) liderləri üçüncü ölkədə bu haqqda gizli danışıqlar aparıblar. Danışıqlar nəticəsində ilkin razılıq əldə olunub. Razılığa əsasən, vahid partiyaya ACP lideri Rəsul Quliyev rəhbərlik edəcək. R.Quliyevin müşaviri Ağasif Şakiroğlu “Vətəninfo.az”-a açıqlamasında bu xəbəri təkzib tedi:
“ACP rəhbərliyi ilə ADP rəhbərliyi arasında hər hansı bir danışıqlar getmir. Ola bilər ki, kimlərsə öz fəaliyyətlə məşğul olurlar. Amma bu nə ACP-nin nədə ADP-nin mövqeyi kimi qəbul edilməməlidir. Şəxsən mən bu məsələdə Rəsul bəy tərəfindən hər hansı bir xüsusi tapşırıq almamışam. Hər hansı bir danışıqlar getmir. ADP-də kifayət qədər Rəsul bəyi sevən insanlar var. Təbii ki, onlar bu birliyi arzulayırlar. Ümumiyyətlə biz bütün müxalifətin səmimi birliyinin tərəfdarıyıq. ADP ilə ACP-nin gələcəkdə hansısa birliyinin və ya birləşməsinin olmayacağını konkret demək olmaz. Həyatda hər şey mümkündür. Bu gün nəsə mümkün deyilsə bu o demək deyilki gələcəkdə mümkün olmayacaq”. – deyə A.Şakiroğlu əlavə edib.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR