Putindən xəbərdarlıq: "Qazprom” müqaviləyə uyğun olaraq qazın çatdırılmasını dayandıracaq"
“Rusiya əvvəlcədən ödəniş olmasa təbii qazı Ukraynaya çatdırmayacaq. Bunun üçün isə üç-dörd günə qalıb”.
Vətəninfo.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Cənubi Kipr səfəri zamanı bu ölkənin prezidenti ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.Rusiya prezidentinin sözlərinə görə, hazırkı vəziyyət Avropaya qaz çatdırılmasına təhlükə yaradır.
“Qazprom” müqavilə üzrə öhdəliklərinə tamamilə riayət edir. Əvvəlcədən edilən ödənişlərə görə Ukrayna daha üç-dörd gün qaz alacaq. Əvvəlcədən ödəniş edilməsə, “Qazprom” müqaviləyə uyğun olaraq qazın çatdırılmasını dayandıracaq. Əlbəttə, bu bizim partnyorlarımıza qazın çatdırılmasında müəyyən təhlükə yarada bilər”, - Putin deyib. Ukrayna tərəfi isə iddia edir ki, “Qazprom” təbii qazın çatdırılması üzrə Ukraynanın “Naftoqaz” şirkətinin sifarişini yerinə yetirməyərək Brüsseldə əldə olunan Brüssel razılaşmalarını pozub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR