Rusiya səfirliyinin qaz, işıq və suyunu kəsmək lazımdır!- Qoy onlar da donsun..."

Rusiya səfirliyinin qaz, işıq və suyunu kəsmək lazımdır!- Qoy onlar da donsun...

Çexiyada Rusiya Federasiyasının Praqadakı səfirliyinin qaz, işıq və su təchizatının kəsilməsini tələb edən petisiya yaradılıb.

Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, müraciət petice.com saytında dərc olunub. 
 
"Tvitter"dəki "Dárek pro Putina" layihəsi Rusiyanın Praqadakı səfirliyinə "öz şorbasının dadını" dadmağa şərait yaratmağı təklif edib.
 
"Biz elektrik və su təchizatçılarından Praqada Rusiya Federasiyasına aid olan bütün binaların təchizatını kəsmələrini istəyirik. Qoy onlar da, məsələn, kiyevlilər kimi, hava qaraldıqdan sonra donsunlar", - müraciətdə belə deyilir.
 
"Rusiya, görünür, Ukraynanı qaranlıq və soyuqla parçalamaq qərarına gəlib. Ən yüksək mənəvi prinsiplər baxımından biz müvafiq dövlət və özəl enerji paylayıcılarından xahiş edirik ki, Praqadakı rus diplomatlarına öz "dərmanları"nı sınamalarına imkan versinlər. Sizdən xahiş edirik ki, Rusiya Federasiyasının bütün daşınmaz əmlakını qaz, su və işıqdan ayırasınız”, - deyə petisiya müəllifləri yazıblar.
 
Petisiyanın mətnində deyilir ki, Rusiya ordusu artıq bir neçə həftədir, Ukraynanın şəhər və kəndlərini raketlərdən atəşə tutur. Atışma nəticəsində yalnız yaşayış binaları, məktəb, uşaq bağçası, mağaza və fabriklər deyil, xəstəxanalar da işıqsız qalıb...
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az