Rusiya XİN: Azərbaycanla əlaqələrimizi digər amillərlə bağlamırıq
"Azərbaycanla bütün sahələrdə münasibətləri dəstəkləyirik və inkişaf etdiririk”.
Miq.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti barədə danışarkən deyib.
"Bu, bizə yaxın xalqdır. Əlaqələrimiz olub, var və olacaq. Rusiya Azərbaycanla əlaqələri digər amillərlə bağlayıb əlaqələndirmir”, - XİN nümayəndəsi bildirib.
O vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimad və açıq dialoq mövcuddur.
Miq.az