İstintaq sirri olduğundan hadisənin detalları açıqlanmır. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ehtimala görə, əslən Masallı rayonundan olan sahibkar məşğul olduğu biznes sahəsi ilə əlaqədar qaçırılıb, sonra isə qətlə yetirilib.
Rusiyanın Surqut şəhərində biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşı, 49 yaşlı Barat Əkbərov öldürülüb. Bu barədə məlumatı Şəhər Polis İdarəsi yayıb.
APA TV-nin xəbərinə görə, Barat Əkbərov bu il yanvarın 16-da evinin qarşısından oğurlanıb. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata əsasən, ət istehsalı ilə məşğul olan biznesmen evinin yaxınlığında “Moskviç-2141” markalı maşınla naməlum istiqamətə qaçırılıb. Hadisə yerindən onun qanlı papağı tapılıb. Biznesmenin itkin düşməsi ilə bağlı məlumatı polisə onun oğlu verib. Oğlu bildirib ki, atası saat 22.00 radələrində evlə telefon əlaqəsi saxlayaraq, evə gəldiyini deyib. Az sonra sahibkarın "Toyota Land Cruiser" markalı avtomobili yaşadığı binanın qarşısında aşkarlansa da, özü maşında olmayıb.
Xatırladaq ki, həmin şəxsin qaçırılmasında Azərbaycan vətəndaşı təqsirləndirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR