Rusiyadan yeni qərar! - Dost olmayan ölkələrə QADAĞAN EDİLDİ

Rusiyadan yeni qərar! - Dost olmayan ölkələrə QADAĞAN EDİLDİ

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra qərb ölkələri ilə Rusiya arasında gərginlik artmaqda davam edir.

Musavat.com xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin dost olmayan ölkələrin Rusiyaya quru nəqliyyatı ilə yük daşımalarının qarşısını alan fərman imzalayıb.

Fərmana əsasən, dost olmayan ölkələrin Rusiya ərazisindən avtomobil nəqliyyatı üçün istifadəsinə icazə verilməyəcək və qadağa 2022-ci il oktyabrın 10-dan dekabrın 31-dək qüvvədə olacaq.

Sərəncamda bildirilib ki, xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələrində olan mallar buraxılış məntəqələrində boşaldılaraq Rusiya və Belarus dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yüklənərək ölkə ərazisinə gətiriləcək.

"Mallar xarici dövlətlərin nəqliyyat vasitələrindən boşaldılacaq, ölkələrin sərhəd bölgələrində Pskov, Kalininqrad, Leninqrad və Murmansk vilayətlərində, Kareliya Respublikası və Sankt-Peterburqdakı gömrük nəzarət məntəqələrində Belarus avtomobillərinə yüklənəcək", - deyə sərəncamda qeyd olunur.

Bildirilib ki, baş nazir Mixail Mişustinin imzaladığı fərman Rusiyanın Avropa ərazisində qalan yeganə bölgəsi olan Kalininqradı əhatə etmir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az