Rusiyalı generaldan Suriya ETİRAFI- Xüsusi təyinatlılar...

Rusiyalı generaldan Suriya ETİRAFI- Xüsusi təyinatlılar...

"Suriyada Rusiyanın xüsusi təyinatlı qüvvələri var"

Onlar Rusiya aviasiyasının zərbələr endirməsi üçün obyektlərdən kəşfiyyat məlumatları toplayırlar.

Rusiya qoşunlarının komandirləridən biri general-polkovnik Aleksandr Dvornikov etiraf edib ki, Suriyada Rusiyanın xüsusi təyinatlı qüvvələri hərbi əməliyyatlarda iştirak edir.

Miq.az ans press-in məlumatına istinadın xəbər verir ki, Dvornikov xüsusi təyinatlı qüvvələrinin vəzifələrinin nədən ibarət olduğunu da açıqlayıb. General-polkovnikin sözlərinə görə, xüsusi təyinatlı qüvvələr Rusiya aviasiyasının zərbələr endirməsi üçün obyektlərdən kəşfiyyat məlumatları toplayırlar.

Dvornikov onu da bildirib ki, rusiyalı hərbi müşavirlər Suriya hakimiyyətinə də yaxından kömək edir. Generalın sözlərinə görə, hərbi müşavirlər terrorçulara qarşı döyüşlərin necə aparılması və hərbi texnikanın yerləşdirilməsi barədə suriyalı hərbçilərə yardım edirlər.

Rusiya Silahlı Qüvvələri ötən il sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlara başlayıb. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu desə də bir çox hallarda Əsəd müxalifi olan özünümüdafiə dəstələrinin rus qırıcılarının bombardımanına məruz qaldığı bildirilir.
Rusiyanın bölgədə keçirdiyi əməliyyatlar vaxtı çox sayda dinc əhali də dünyasını dəyişib. Başda ABŞ olmaqla bir çox qərb ölkələri Rusiyanın bu addımını kəskin tənqid ediblər. Putin isə Suriyada leqal hakimiyyət olan Əsəd iqtidarının qorunmasının vacib olduğunu bildirib.

Bu il martın 14-də isə Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya tapşırıb ki, martın 15-dən başlayaraq Rusiya hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarmağa başlasın. Putin bildirib ki, Suriyada hərbi əməliyyatlar Rusiyaya 33 milyard (772 200 000 AZN) rubla başa gəlib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az