Rusiyanın məşhur jurnalı Çingizxan dövrünün tarixinə həsr olunan məqaləsində Yuri Aleksandrov adlı şəxs Nizami Gəncəvini fars şairi kimi qələmə verib.
Görünür ki, müəllif Nizaminin Azərbaycan şairi olmasını təsdiqləyən Krımski, Bertelsin kimi tanınmış türkşünaslarının və amerikalı alimlərin araşdırmaları ilə tanış deyil. Böyük Sovet Ensiklopediyasında 1939-cu ildə Krımskinin redaktorluğu altında çap edilən məqalədə Nizami azərbaycanlı şair və mütəfəkkir adlandırılır. Həmin fikirlə məşhur sovet şərqşünası Bertels və Sovet alimləri də təsdiqləyir. Nizaminin səhvən “fars şairi” adlandırılması təəccüb doğurmur. Məsələn, görkəmli rus şərqşünası və iranşünas V.V.Qriqoryevin fikrincə, Mirzə Kazım bəy Rusiyada Şərqin öyrənilməsini elmi, akademik səviyyəyə gətirən şəxslərdən biri olub. Akademik A.N.Kononov isə Mirzə Kazım bəyi "özündə Avropa və şərq elmlərini birləşdirən" "Rusiya vətəndaşı və vətənpərvəri" adlandırıb. Dahi alim Azərbaycan əsilli idi, ancaq onun haqqında rus xadimi kimi yazırlar. Etnik mənsubluğu göstərilməyən belə hallar olduqca genişdir. Nizaminin Azərbaycan-türk etnik mənşəli olması onun yalnız fars dilində yazdığı üçün dəqiq göstərilmir.
Qeyd edək ki, Krımın Azərbaycan icması bununla bağlı izahı “Vokruq sveta” jurnalının redaksiyasına göndərib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR