Sabahdan etibarən 2015- ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına start veriləcək.
Kampaniya oktyabrın 9-da səhər saat 08:00-da başlayıb, ayın 31-i saat saat 20:00-da başa çatacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrıldığını bəyan edib.
Milli Məclisin seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün İctimai Televiziya və Radioda, "Azərbaycan”, "Xalq”, "Bakinski raboçi” qəzetlərində yer ayrılıb. Xatırladaq ki, yalnız hakim partiyanın 60-dan artıq nümayəndəsi qeydə alınıb, buna görə də YAP ödənişsiz efir imkanından imtina edib.
İctimai Televiziyada isə ödənişli efir vaxtının 1 saniyəsi 20 manat təşkil edir.
"Qafqazinfo”
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”