ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Azərbaycan və Ermənistan rəhbərliyinə müraciət edib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Vyana şəhərində ATƏT-in daimi şurasında iştirak edən səfir münaqişə tərəflərini Dağlıq Qarabağ münaqişəsi zamanı girov və itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsinə səsləyib.
“ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin Paris sammitində Qırmızı Xaç Komitəsinin himayəsi altında girov və itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsi barədə götürdüyü öhdəliklərini alqışlayır. Tərəfləri bu mübadilə üçün konkert addımlar atmağa və ATƏT-in Minsk qrupunun etimad yaratmaq üçün təklif etdiyi səyləri dəstəkləməyə çağırırıq”.
Daniel Baer prezidentlərin bu il görüşəcəyinə də ümid edib.
”Biz inanırıq ki, prezidentlər dialoqu bu il də davam etdirməklə bağlı öhdəlikləri yerinə yetirəcək və hərtərəfli sülhə gətirəcək razılaşmaya yaxınlaşacaqlar”.
ABŞ-ın ATƏT-dəki sədr ölkəsinin münaqişəni yalnız sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu xatırladıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR