İspaniyanın “Sevilya” futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, Unay Emeri ilə 30 iyun 2014-cü ilədək müqavilə bağlanılıb.
41 yaşlı mütəxəssis bu postda qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilmiş Miçel Qonsalesi əvəzləyib. 19 turdan sonra “Sevilya” 22 xalla 12-ci pillədə qərarlaşıb. Emerinin yeni komandada debütü yanvarın 16-da “Saraqosa” ilə İspaniya Kubokunun ¼ final matçına təsadüf edəcək.
Qeyd edək ki, Unay Emeri bu təyinatadək Rusiya “Spartak”ının baş məşqçisi olub.
Moskva komandasına ötən ilin iyunundan noyabrınadək rəhbərlik etmiş ispaniyalı mütəxəssis ölkə çempionatında Moskva “Dinamo”suna 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
Emeri əvvəllər İspaniyanın “Valensiya”, “Almeriya” və “Lorka” komandalarının da baş məşqçisi olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR