Vətəninfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə “sportnet.az”-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi oyunlarla əlaqədar stadionun ot örtüyü lazımi səviyyəyə çatdırılacaq. İsmayılov bərpa işlərinin Ağdam komandasının ilk ev oyununadək davam edəcəyini bildirib.
Qeyd edək ki, “Qarabağ”ın “Tvente”ilə Bakıda keçirdiyi ilk oyunda və dünən “Neftçi”- “Partizan” qarşılaşmalarında Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü olduqca bərbad vəziyyətdə idi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Tvente” ilə ilk oyundan sonra qeydə alınmış 0-0 hesablı bərabərliyin bir səbəbi kimi də Respublika stadionun pis vəziyyətdə olan ot örtüyü ilə əlaqələndirmişdi.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR