Fransada təşkil olunan 7 mərhələli “Le Tour de Bretagne” yarışının 169 kilometrlik 5-ci mərhələsi “Synergy Baku” üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Müqerli məsafəni 4 saat 13 dəqiqə 4 saniyəyə başa vuraraq finiş xəttini üçüncü keçib.
Matey Müqerli “Le Tour de Bretagne”ın ikinci mərhələsində qalibiyyət sevinci yaşamışdı. Dördüncü mərhələdə isə Yannis Tamuridis fərqlənərək ikinci olmuşdu. Beşinci mərhələdə digər velosipedçilərimizin çıxışına gəlincə, Maksim Averin 13-cü, Dennis van Vinden isə 18-ci nəticə göstərib.
Beşinci mərhələdəki uğurlu çıxışı M.Müqerliyə ümumi təsnifatda beşinci pilləyə yüksəlməyə imkan verib. İndi o, liderdən cəmi 24 saniyə geri qalır. Komanda hesabında bir pillə irəliləyən “Synergy Baku” hazırda 22 kollektiv arasında ikinci yerdədir.
“Le Tour de Bretagne” yarışı “Synergy Baku” üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.
AZƏRTAC
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR