Tahir Kərimli Mirhəsən Seyidovdan danışdı: “Sadə olmaq lazımdır, Prezident İlham Əliyev qoluna yalnız bir sadə saat taxır…”

Tahir Kərimli Mirhəsən Seyidovdan danışdı: “Sadə olmaq lazımdır, Prezident İlham Əliyev qoluna yalnız bir sadə saat taxır…”
"Neftçalada keçirilən Balıq Festivalı bir kənarda qalıb, icra başçısı Mirhəsən Seyidovun geyindiyi plaş gündəmə gəlib. Bu nə üçün belə əks-səda doğurub? Nəyə görə sosial şəbəkələrdə bu, xalq arasında ciddi tənqidlə qarşılanıb? Çünki insanların əksəriyyəti heç bir il ərzində 13 min avro qazana bilmir. Hamıya toxunur ki, nə üçün bir rayonun rəhbəri sadə, təvazökar olmaq əvəzinə, öz plaşını müzakirə obyektinə çevirir. Bilmirəm, həqiqətən, Mirhəsən Seyidovun plaşı 13 min avroyadır, ya yox. Belə olmasaydı, yazmazdılar. Bu nədir? Camaat elə başa düşür ki, icra başçısı bizə acıq verir, əhali ilə özü arasında bu qədər fərq qoyub. Belə şey yaramaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

 

"Yadıma düşür, qarşıma video çıxmışdı, İbrahim Nehrəmli ən bahalı ingilis maşınında gedirdi, dedi ki, hətta yasa gedəndə belə ayaqqabım, gödəkçəm "Stefano Ricci”dən olur. Bu hər kəsə toxunmuşdu. O vaxt bir milyard manat 1,7 milyard dollar demək idi. İnsanlar öz geyimləri ilə xudbinlik edirlər, lovğalanırlar. Bu, çox ciddi narahatlıqdır. Sadə olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Hamı uzun on illərdir, onun qolunda yalnız bir sadə saat olduğunu görür. Halbuki Prezidentin imkanı var ki, ən bahalı saatlar taxsın, tez-tez dəyişsin. Deməli, o, xalqına hörmət qoyur. Bəs sən icra başçısı, niyə hörmət qoymursan? Toya getmirsən ki. Xalq içindəsən. Sadə geyin, xalqdan seçilmə, könlünə dəymə. Belə halları qətiyyətlə pisləyirəm”, - T.Kərimli bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az