Tanınmış iş adamı Xəyal Məmmədxanlı onlayn formada Naxçıvana bilet alması və hava limanında başına gələnlərlə bağlı ictimaiyyətə müraciət edib.
Lent.az xəbər verir ki, feysbuk səhifəsində "AZAL, Sən Azərbaycan adına ləkəsən!!!” adlı yazı paylaşan iqtisadçı bilet alarkən baş vermiş texniki yanlışlığa görə ikitərəfli biletindən imtina etməli olduğunu deyib: "Xatırlayırsınızsa, bir neçə gün öncə sevinərək status yazmışdım ki, axır ki, Naxçıvana da biletləri bütün normal sivil ölkələrdə olduğu kimi onlayn almaq olur. Təbii ki, müasir texnologiyalara üstünlük verdiyimə görə 28 maydakı kassada 90 cı illərin növbəsində durmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün saat 13:10 da J2 253 cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim və biabrıçılıqlar başlandı...
Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim ilk öncə Naxçıvandan Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Nə isə, uzun mübahisədən sonra dedim ki, yaxşı, razıyam, tutaq ki, mən Naxçıvan - Bakı tariximi səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, Bakı - Naxçıvan reysim ki, yerindədir. Və əsrin cavabı gəldi: Siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz!!! Bəli, düz eşitdiniz, bu cavabı AZAL verdi...”
X.Məmmədxanlı qeyd edib ki, əlacısz şəkildə hava limanından geri qayıtmalı olub: "Elektron müraciət etdim, 25 % cərimə ilə biletin pulunu qaytaracaqlarını dedilər. Pulları başlarına dəysin, onsuz da monopoliyadan istifadə edərək soyğunçuluqla məşğuldurlar. Amma, mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv oldu!!!
Hörmətli AZAL, ''Adam kimi uç'' reklamınızı görmüşdüm, amma düşünürəm ki, camaatın uça bilməsi üçün siz ADAM olmalı və ADAM kimi İŞLƏMƏLİSİNİZ!!! Əks halda, istefa verib, postlarınızı bacarıqlı insanlara təhvil verin!!!”
İş adamı əlavə edib ki, hava limanında bir neçə nəfərlə söhbət edib və məlum oldu ki, son zamanlar bu onlaynla bağlı problemlər həddən artıq çoxdur: "AZAL ödədiyim pulu 33 günə ödəyəcək, bu pul bütün düyna banklarını fırlanacaq".

Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ