Afaq Şıxlı
Tanrım, mənə rahatlıq ver,
Ovut məni!
Nigaranlıq paylayanda
bir dəfə də unut məni!
Sevinərəm
bir az da tez alsan əgər öz yanına,
Son qoyular yaralanmış ürəyimin üsyanına.
Çabalarım, vuruşlarım getsə hədər,
Tanrım,
mənə yaşamaqüçün rahatlıq ver!
Bir elim var -
Süfrəsi də ürəyitək açıq elim.
Sərvətləri göz altında,
Torpaqları köz altinda,
Ümidleri uçuq elim!
Kim gəlibsə, qucağından hərə bir pay qoparıbdı.
Var-yoxunu hey daşıyıb aparıbdı.
Bir misqal da haqq-ədalət varsa əgər,
Tanrim, mənim Vətənimə
azadlıq ver!
Məni sevən bir anam var!
Gozləriylə qor götürüb,
Yanıb həyat ocağında.
Bu qədər də dərd olarmı,
Bircə dəfə can eşidib yatmamışam qucağında!
İncə, zərif ürəyində qubar vardır - yaşım qədər!
Tanrim, ona təskinlik ver,
sağlamlıq ver!
Bir eşqim var,
Yaranandan itən tayım...
Həm ömürlük qara sevdam,
Həm ömürlük həsret payım.
Bu dünyada yoxdu bəlkə bizi kimi iki təzad!
Sabahımız açılmayır
dünənki tək qəmdən azad.
Bu qismətsiz sevgimizi nə göy gizlər,
Nə də ki, yer!
Adiliyə öyrəşməyə qoyma bizi!
Tanrım, bizə ayriliq ver!
Ayrılıq ver!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR