“Təəssüf ki, Azərbaycanın nailiyyətləri nadir hallarda etiraf edilir”.
Son zamanlar ABŞ Azərbaycan da daxil olmaqla öz müttəfiqlərinə qarşı birmənalı olmayan siyasət yeridir.
ABŞ BMT-nin Təhlükəsizlik Şurasının dörd bəyannaməsinə Ermənistan tərəfindən məhəl qoyulmamasına və Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamasına göz yumur.
Bu barədə The Washington Times-də nəşr edilmiş Kaliforniya Universitetinin professoru Norman Zagerin məqaləsində deyilir.
Müəllif Ermənistanın Azərbaycan ərazisinin 20%-ni ədalətsiz müharibədə işğal etdiyini yazır:
“O, beynəlxalq ictimaiyyətin çağırışlarına və BMT-nin Təhlükəsizlik Şurasının dörd bəyannaməsinə baxmayaraq Azərbaycan ərazisini azad etməkdən imtina edir”.
Bu gün ABŞ Rusiyanı, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırır, amma nəyə görəsə Ermənistan tərəfindən dəfələrlə törədilmiş işğal aktlarını qınamır”, - müəllif yazır.
“Təəssüf ki, Azərbaycanın vətəndaş cəmiyyətinin qurulmasında, ölkənin rifahına istiqamətlənmiş davamlı və uzunmüddətli inkişaf üçün əsasların yaradılmasında əldə edilən nailiyyətləri çox nadir hallarda etiraf edilir”, - Zager qeyd edib.
Oxu.Az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL