Vətəninfo.az ANS PRESS_ə istinadən xəbər verir ki, Bakıda beynəlxalq velosiped turu başlayıb. Məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turu başlayıb. Yarışın birinci mərhələsi Dövlət Bayrağı Meydanından start götürüb. Yürüş Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində başa çatacaq.
“Tour d`Azerbaidjan”da, ümumilikdə, 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə aparır. Onlardan 8-i – “MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) pro-kontinental lisenziyalıdır.
Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i “Tour d`Azerbaidjan”da iştirak edir.
Turnirdə Azərbaycan “Synergy Baku Cycling Project” komandası ilə təmsil olunur.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR