Trampın prezident seçildikdən sonra ilk çıxışı

Trampın prezident seçildikdən sonra ilk çıxışı

"Hillari Klintona təşəkkür edirəm"

Bunu seçkilərinin ilkin nəticəsindən sonra Republikaçılar Partiyasından prezident seçilən Donald Tramp xalqa səslənişində deyib:

"Mövcud problemlərin həllinə çalışacağam. Biz bütün şəhərlərimizi yenidən inşa edəcəyik, yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılması üçün çalışacağıq. Keçmiş hərbçilərimizə xüsusi güzəştlər tətbiq edəcəyik. Biz xalq olaraq onlara borcluyuq."

Hillari Klintona seçki maratonunda verdiyi əməyə görə təşəkür edən Tramp bunun ABŞ-dakı demokratiyanın göstəricisi olduğunu bildirib:

"Biz yenidən dünyanın ən güclü iqtisadiyyatına sahib olacağıq. Həmçinin dünyadakı bütün ölkələrlə münasibətimizi yaxşılaşdıracaq, dostluq münasibətlərini bərpa edəcək, bunda müvəffəq olmaq üçün bütün addımları atacağıq. Hər bir amerikalıya və hər bir dövlətə qarşı ədalətli olacağıq".

Tramp sonda ailəsi başda olmaqla hər bir dəstəkçisinə təşəkkür edib./Ölkə.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az