Türkiyənin Xarici İşlər Nazirliyi mayın 3-də işğal olunmuşDağlıq Qarabağ ərazisində qondarma rejimin keçirəcəyi “parlament seçkiləri” ilə bağlı bəyanatla çıxış edib.
Vətəninfo.az AzVision.az-a istinadən xəbər verir ki, bəyanatda qeyd olunub ki, bu seçki münaqişənin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüsdür.
Bəyanatda deyilir:
-Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 3 may 2015-ci il tarixində parlament seçkiləri keçiriləcəyi məlum olub. Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilərin Dağlıq Qarabağ ixtilafının sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüs olduğu ortadadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pisləyir, qeyri-legitim hesab etdiyimiz bu seçkiləri tanımırıq. Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli çözüm tapılması yönündə səyləri dəstəkləməyə davam edəcək”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR