Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 iyun millət vəkili seçimlərinin ardından bu gün baş nazir Əhməd Davudoğlu ilə görüşüb və onun istefasını qəbul edib. Bu istefa həm də Türkiyə hökumətinin buraxılması deməkdir.
Vətəninfo.az xəbər verir ki, Modern.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, görüş Prezident İqamətgahında baş tutub. Ərdoğan Davudoğluna təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ə.Davudoğlu yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəsinin icrasına davam edəcək.
Görüşlə bağlı Prezident Sarayından verilən açıqlamada bildirilib: “Prezident Ərdoğan baş nazir Davudoğlu tərəfindən təqdim olunan Nazirlər Kabinetinin istefasını qəbul edib. Bu günə qədər keçən xidmətləri üçün minnətdarlığını ifadə edən cənab prezident Nazirlər Kabinetinin yeni hökumət qurulana qədər vəzifəsini icra etməsini istəyib”.
Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.
Türkiyə qanunvericiliyinə görə, 45 gün müddətində yeni hökumət qurulmalıdır. Bu hökuməti AKP parlamentə düşən digər 3 partiyadan birinin iştirakı ilə koalisiya şəklində formalaşdırmalıdır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL