Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir hərbi birliyində olub.
Vətəninfo.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar hərbi birlikdə olublar.
Fəxri qonağın təntənəli qarşılanma mərasimi zamanı orkestr Türkiyənin istiqlal marşını və Azərbaycan Respublikasının dövlət himnini ifa edib. Sonra Şəmkir birliyindəki hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Türkiyəli general qərargahda Heydər Əliyev guşəsi ilə tanış olub, şərəf kitabını imzalayıb. Qonağa birliyin yaradılması tarixi, fəaliyyəti, tərkibi, hərbi hissənin döyüş hazırlığı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti və son dövrlərdə görülən işlər barədə məlumat verilib.

Hərbi hissənin ərazisini gəzən qonaq əsgər yataqxanalarında, tibb mərkəzində, yeməkxanada, hamam-camaşırxana kompleksində də olub və şəxsi heyət üçün burada yaradılan şəraitdən məmnun qalıb. Sonda nümayəndə heyəti səfər proqramının mədəni-kütləvi hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzini, dahi Nizaminin məqbərəsini, Nuri Paşanın bayrağı tapılan evi və Türkiyənin Baş Konsulluğunu ziyarət edib.
Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”