«Qubada baş verən hadisələrin yeganə təqsirkarı yalnız Rauf Həbibovdur, başqa təqsirkar yoxdur»
“Quba hadisələrinin baş verməsində hesab edirəm ki, təqsirkar yalnız Rauf Həbibovdur, başqa təqsirkar yoxdur”. Bu haqda deputat Vahid Əhmədov Moderator.az saytına Quba hadisələri ilə bağlı məhkəmə prosesində səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Sabiq icra başçısının Qubada kifayət qədər daşınmaz əmlakının olduğunu təsdiqləyən deputat qeyd edib ki, həmin əmlakın məhkəmədə verilən açıqlamalardakı kimi həqiqətən 20 milyon manatdan az və ya çox dəyərdə olduğu haqda məlumatsızdır: “Rauf Həbibovun Qubada əmlakı var. Ancaq həmin əmlakın dəyərinin hansı məbləğdə olması haqda heç nə deyə bilmərəm” Daha sonra V.Əhmədov Quba hadisələrinin baş verməsinin yeganə təqsirkarının sabiq icra başçısı olduğunu da vurğulayıb: “Mən belə hesab edirəm ki, Qubada baş verən hadisələrin yeganə təqsirkarı yalnız Rauf Həbibovdur, başqa təqsirkar yoxdur. Mənim əvvəldən də fikrim belə olub, hazırda da bu fikrimdə qalıram. Rauf Həbibov Quba camaatını təhqir edib.
Hadisələr baş verən zaman da demişdim ki, Qubanın sabiq icra başçısı Rauf Həbibov cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yenə də bu fikrimdə qalıram”. Deputat əlavə edib ki, Quba hadisələri ilə bağlı məhkəmə prosesi bitdikdən sonra baş verənlərə daha geniş münasibət bildirəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR