Vətəninfo.az xəbər verir ki, tanınmış yazar Varis Yolcuyevin yeni “Yolayrıcında azıb qalanlar” kitabı nəşr olunacaq. Yazar kitabda dərc olunacaq əsərindən bir hissəni oxucuları ilə bölüşüb:
“Uzun qış gecələrində qadın xeylağının Rusiyanın sıx meşəsində yiyəsiz yaşamasının qorxu və hürküsünü təsəvvür edə bilərsinizmi?
Birdən damımızın üstündən sanki bir quş pırıltı ilə uçdu. Ardınca da ayı nəriltisi eşidildi. Qızım “Ana, bu nə səsdir, mən qorxuram” deyib mənə sığınanda hiss etdim ki, dizlərim əsir, ayaqlarım yerə pərçimlənib. Özümü toplayaraq birtəhər pəncərəyə yaxınlaşmaq istəyəndə sanki zəlzələ baş verdi, güclü bir zərbədən ev silkələndi. Dəhşətlə çığırmaqda olan qızımı sinəmə sıxıb birtəhər pəncərədən boylanmağa macal tapdım, gördüm ki, nəhəng bir ayı iki ayağı üstə qalxıb pəncələri ilə divara zərbə vurur”
Qeyd edək ki, oxucular kitabı yanvar ayının sonunda əldə edə biləcəklər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR